Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının daxilində parçalanmalar sürətlənib. Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının daxilində parçalanmalar sürətlənib.

Sarkisyan partiyadan da qovula bilər

Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının daxilində parçalanmalar sürətlənib.

Bu iddia ilə “Past” qəzeti çıxış edib.

“Məsələ təkcə bu qüvvənin parlamentə daxil ola bilməməsiylə bağlı təəccübdə deyil. Məsələ ondadır ki, seçkinin nəticələrinin qəbul edilib-edilməməsiylə bağlı fikir ayrılığı var. Bəzi respublikaçılar seçkinin nəticələrindən şikayət verilməsini istəsələr də, əksər üzvlər indiki vəziyyətdə situasiyanın daha da gərginləşdirilməməsini istəyiblər.

Fikir ayrılığına başqa bir səbəb isə Serj Sarkisyanın bir sıra fəaliyyətidir. Belə ki, partiya üzvlərinin bir hissəsi Sərkisyandan narazıdır. Onların fikrincə, faktiki olaraq Sarkisyan baş nazir olmaq istəməklə, David Şahnazaryan və Artaşes Geqamyanı seçkiqabağı kampaniyaya qoşmağa çalışmaqla partiyanı dağıdıb. Tezliklə, partiyada rəhbərliyin dəyişməsi məsələsi gündəmə gələ bilər”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Serj Sarkisyan 2007-ci ildən Respublikaçılar Partiyasına rəhbərlik edir. O, bu vəzifəyə Andranik Markaryanın ölümündən sonra gəlib.(axar.az)

© AzNews.az