- Qayıdış
- 16 Yanvar 2019 16:17
- 1 367
Ermənistan sakini vətəndaşlıqdan imtina etdi - FOTO
Ermənistan sakini etiraz əlaməti olaraq vətəndaşlıqdan imtina edib.
Ermənistan sakini Soqomon Kazaryan ölkəsinin vətəndaşlığından imtina edib və iki uşağı ilə birlikdə Gürcüstana gedir.
Bu barədə Ermənistan KİV-i xəbər verir.
"Ermənistan Respublikasının vətəndaşı olmaqdan imtina edirəm", - Kazaryan söyləyib.
O yalnız ata olmasına baxmayaraq, dörd ildir dövlətdən heç bir müavinət ala bilmədiyini qeyd edir.
Qeyd edək ki, Kazaryan etiraz əlaməti olaraq yanvarın 8-də prezident iqamətgahı qarşısında aclıq aksiyasına başladığını elan edib, yanvarın 10-da isə Ermənistanın baş naziri funksiyasını müvəqqəti icra edən Nikol Paşinyanla görüşməyə uğursuz cəhd edib.(report.az)
© AzNews.az