Ermənistanı qurd basıb

Son 10 il ərzində Ermənistanda exinokokkoza yoluxma halları artıb.

Bunu ölkənin Cərrahlar Assosiasiyasının rəhbəri Muşex Miricanyan deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma halları son iki ildə daha çox artıb:

“Əgər, 90-cı illərdə qaraciyər exinokokkozu ilə əlaqədar ayda bir dəfə əməliyyat edirdimsə, indi 9-10 əməliyyat olur”.

Qeyd edək ki, exinokokkoz qaraciyər, ağciyər və digər daxil orqanlarda exinokokk qurdlarınn səbəb olduğu xəstəlikdir.(trend.az)

© AzNews.az