Yeni hökumətdə demək olar ki, heç bir dəyişiklik olmayıb. Yeni hökumətdə demək olar ki, heç bir dəyişiklik olmayıb.

Ermənistanda hökumət formalaşdı

Yeni hökumətdə demək olar ki, heç bir dəyişiklik olmayıb.

Ermənistan Prezidenti Armen Sərkisyan yeni hökumətdə yer alacaq nazirlərin təyinatı haqqında qərar qəbul edib.

Yeni hökumətdə demək olar ki, heç bir dəyişiklik olmayıb.

Belə ki, Sərkisyan Müdafiə naziri vəzifəsində David Tonoyanı, Xarici İşlər naziri vəzifəsində isə Zöhrab Mnatsakanyanı saxlayıb.

Bundan başqa Təhsil naziri Araik Arutyunyan, Ərazi İdarəetməsi və İnkişaf naziri Suren Papikyan, Əmək naziri Zarui Batoyan, Ədliyyə naziri Artak Zeynalyan, Səhiyyə naziri Arsen Torosyan, Nəqliyyat naziri Akop Arşakyan, İqtisadi İnkişaf naziri Tiqran Xaçatryan, Maliyyə naziri Atom Cancuqazyan, Ətraf Mühiti Mühafizə naziri Erik Qriqoryan, Fövqəladə Hallar naziri Feliks Çolakyan təyin edilib.(axar.az)

AzNews.az