Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxartsın. Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxartsın.

"Ermənistanla münasibətlər qurmağa hazırıq, təki..."

Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxartsın.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ tənzimlənməsində bir çox orijinal fikirlərin müəllifi oldu.

Baş nazir N.Paşinyan Ermənistanın kompromisindən danışarkən bildirdi ki, əvvəlcə Azərbaycandan hansı kompromisə gedəcəyini soruşmaq lazımdır. Onun bu sualı inkişafını və nəhayət ki, cavabını tapdı. Rəsmi Bakı N.Paşinyanın bu sualına cavab verdi: Azərbaycanın Ermənistanla münasibətlər qurması və Ermənistanı özünün iqtisadi imkanlarına qoşması Azərbaycanın kompromisidir. Ölkə Prezidentinin özü də etiraf etdiyi kimi dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanla münasibətlər qurmağa hazırdır, təki Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxartsın.

Paşinyanın Azərbaycanın kompromisi ilə bağlı sualı və ona verilən cavab birlikdə Dağlıq Qarabağ tənzimlənməsində indiki sıçrayışın müəllifi oldular. Vasitəçilər Dağlıq Qarabağ dinc tənzimlənməsində kompromisin yeni sərhədlərini müəyyənləşdirdilər: Azərbaycanın iqtisadi imkanlarını kompromis sərhədinin Azərbaycan, Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərin qaytarılmasını Ermənistan tərəfindəki parametri kimi müəyyənləşdirdi.

Azərbaycanın Ermənistanla münasibətlər qurması və ölkə Prezidentinin buna vəd verməsi asan məsələ deyil.

Çünki Ermənistan-Azərbaycan münaqişəsinin tarixən başlanmasının günahkarı ermənilərdir. Cənubi Qafqazda son yüz ilədək erməni-azərbaycanlı, erməni-müsəlman davası olmayıb. Erməni-müsəlman müharibələrini bizim regiona Osmanlı imperiyasından imperiyalararası mübarizə nəticəsində çıxan ermənilər gətiriblər. Sumqayıtda doğulan, indi ABŞ-da yaşayan, eləcə də uzun müddət Ermənistan Prezident Administrasiyası ilə sıx əməkdaşlıq etmiş Mariana Qriqoryan özü də etiraf edir ki, Azərbaycandakı “erməni soyqırımının” ömrü 100 ildən o tərəfə keçmir. Əgər ermənilərin özləri dediyi kimi Azərbaycan ərazisindəki tarixləri min ilə çatırsa və bunun yalnız 100 ilində konflikt olubsa, bu 100 ilin ərzində də bəllidir ki, çar Rusiyası Osmanlıdan bir qrup ermənini Azərbaycana köçürüb. Deməli, Azərbaycan xalqının genində ermənilərə qarşı konfliktgenliyi olsaydı bu əvvəlki 900 ildə də özünü göstərə bilərdi.

Ona görə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti Azərbaycan xalqına izah etmək, bu məsələ üzrə kökləmək uzunmüddətli dərin, ardıcıl fəaliyyət tələb edir və yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gücə malik olan şəxsdir, liderdir. Ona görə də o belə vəd verdi.

Azərbaycanın iqtisadi imkanları da özbaşına yaranmayıb. Müstəqil Azərbaycan ermənilərin və digər bəzi qonşularımızın fəaliyyəti nəticəsində xaraba qalmış dövlətə çevrilmişdi. Apardılan siyasət bu gün Azərbaycanı regionda həm maliyyə, həm təhlükəsizlik, həm sosial rifah ixracatçısına çevirib.

Bəzi qonşularımız Azərbaycanın bu imkanlarından bəhrələnirlər. Ermənistan da bu sıraya qoşula bilər. Təki Ermənistan beynəlxalq hüquq normalarını tanısın, normal qonşuluq siyasətini qəbul etsin, özünün tarixindən mifləri götürsün və Azərbaycanın işğal olunmuş ərazilərindən əl çəksin.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paris bəyanatı Azərbaycanın iqtisadi imkanları və erməni işğalı altında olan torpaqların qaytarılmasını kompromisin sərhədləri kimi legitimləşdirdi. O mənada demək olar ki, N.Paşinyanın ortalığa qoyduğu sual həm də ATƏT MQ həmsədrlərindən cavab aldı. Əgər S.Sərkisyan və ondan da 10 il əvvəl R.Köçəryan həmsədrlərin iş stilini dəyişə bilməyibsə, demək N.Paşinyan da həmsədrlərin metodologiyasını dəyişə bilməyəcək. Ona görə ən yaxşı variant ATƏT-in Minsk Qrupu həmsədrlərinin yuxarıda göstərilən variantda tənzimlənməyə getməsi məsləhətdir. Bu daha az itkilidir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq