İnanırıq ki, vaxt gələcək, bu çətin məsələ də öz həllini tapacaq İnanırıq ki, vaxt gələcək, bu çətin məsələ də öz həllini tapacaq

Rusiya Patriarxı: “Əgər Qarabağ məsələsi dini liderlərdən asılı olsaydı...”

İnanırıq ki, vaxt gələcək, bu çətin məsələ də öz həllini tapacaq

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşən Rusiya Patriarxı Kirill Qarabağ məsələsinin həllinin dini liderlərdən asılı olmadığını deyib.

O qeyd edib ki, məsələ dini liderlərdən asılı oslaydı, çoxdan həll olunmuşdu: “Mən Qarabağ məsələsində əldə olunan razılaşmadan danışmaq istərdim. Müharibənin olmaması artıq bir nəticədir. Dini liderlərin görüşündə isə əldə olunan anlaşmaya görə münaqişə ərazisində dini ibadət yerlərinin dağıdılmaması və onlara hörmətlə yanaşması barədə anlaşma bir uğurdur. Əgər Qarabağ məsələsində hər şey dini liderlərdən aslı olsaydı, biz bu məsələni həll edərdik. İnanırıq ki, vaxt gələcək, bu çətin məsələ də öz həllini tapacaq”, - Rusiya patriarxı bildirib.(report.az)

© AzNews.az