"Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir" "Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir"

Koçaryan Avropa liderlərini köməyinə çağırdı

"Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir"

Həbsdə saxlanılan Ermənistanın ikinci prezidenti Robert Koçaryan Avropa liderlərinə müraciət edib.

“Euractiv” nəşrində məqalə ilə çıxış edən siyasətçi həbs olunmasına əsas verən 2008-ci ilin mart hadisələri barədə yazıb.

“Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir. Həbsxanada qanunsuz saxlanılıram və bunun əsas səbəbi populist Nikol Paşinyanın ünvanına səsləndirdiyimi tənqidlərdir” - deyə Koçaryan yazıb.

Onun sözlərinə görə, 2008-ci ilin 1 mart iğtişaşlarının yatırılması zamanı hüquq-mühafizə orqanları qanunun tələblərini pozmayıblar.(modern.az)

AzNews.az