"Həqiqətənmi biz buna hazırıq?" "Həqiqətənmi biz buna hazırıq?"

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Vaşinqtonda görüşə bilər

"Həqiqətənmi biz buna hazırıq?"

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda (ABŞ) baş tuta biləcəyini istisna etməyib.

Erməni nazir bunu "1in.am" saytı vasitəsi ilə yayımlanan onlayn mətbuat konfransı zamanı deyib.

"(ATƏT-in Minsk qrupunda - red.) üç həmsədr var. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, üçüncü həmsədr də var. Həqiqətənmi üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Həqiqətənmi biz buna hazırıq? Əlbəttə. Növbəti mərhələ olmalıdır axı", - deyə o bildirib.

Nazirin sözlərinə görə, amerikalı həmkarları öz dəvətlərini təsdiqləyən kimi, bu barədə konkret danışmaq olar.

"Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar", - deyə Mnatsakanyan əlavə edib. (report)

AzNews.az