Rusiya və Ermənistan təbii qaza dair layihəni müzakirə edəcək

2018-ci il dekabrın 31-də iki ölkə arasında qazın alqı-satqısına dair müqavilə başa çatıb.

Moskva ilə Yerevan 2030-cu ilədək Ermənistanın qaz təchizatının baş sxemi və qazlaşdırılması layihəsini razılaşdırmağı planlaşdırırlar.

Bunu Rusiya hökumət administrasiyası rəhbərinin müavini Sergey Prixodko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın hər il tədarük etdiyi 2 milyard kubmetr təbii qaz Ermənistanın tələbatını tam ödəyir.

2018-ci il dekabrın 31-də iki ölkə arasında qazın alqı-satqısına dair müqavilə başa çatıb. Yeni anlaşmaya əsasən, Rusiya Ermənistana satdığı təbii qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək bahalaşdırıb. Yeni layihədə “mavi yanacağ"ın qiyməti də var.

Qeyd edək ki, aprelin 30-da Rusiyanın Baş Naziri Dmitri Medvedev Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumətlərarası şurasının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək. (report)

AzNews.az