ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq tədbirlər görür.

Aznews.az xəbər verir ki, ADY-dən bildirilib ki, hazırda əməkdaşlar tərəfindən dəmir yolu ərazilərinə nəzarət edilir.

Qeyd olunub ki, qatarlar hərəkətini qrafik üzrə davam etdirir.

ADY sərnişinləri hava şəraitinin görmə məsafəsini məhdudlaşdıra və yer səthini sürüşkən edə biləcəyini nəzərə alaraq, platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırıb.