Mətbuat katibi ermənilərin bu müharibədəki rolundan danışıb Mətbuat katibi ermənilərin bu müharibədəki rolundan danışıb

Ermənistan XİN Rusiya XİN-i təkzib etdi

Mətbuat katibi ermənilərin bu müharibədəki rolundan danışıb

"Ermənistan Türkiyənin mövcudluğuna və Qafqaz tatarlarına qarşı mübarizə aparıb, bu mübarizənin qəhrəmanlarına hörmət edir".

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiya Xarici İşlər Nazirliyinin mayın 9-da yaydığı hesabata münasibət bildirərkən deyib.

O, İkinci Dünya müharibəsi zamanı faşistlər, Üçüncü Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəlin isə Serj Sarqsyanın prezidentliyi dövründə qoyulduğunu, milliyyətçi yönlü “Sasna Srer”in isə siyasi təşkilat kimi 2018-ci ilin payızında qeydiyyata alındığıı bildirib.

Mətbuat katibi ermənilərin bu müharibədəki rolundan və s. bu kimi xidmətlərindən danışıb, ölkəsinin demokratiya yolunu tutduğunu vurğulayıb.

Rusiya XİN həmin açıqlamada milliyyətçiliyin qəhrəmanlıq kimi təqdim edilməsi, müasir irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla əlaqədar yaranan dözümsüzlüyün gərginlik yaradan amillər olduğunu bəyan edib. Həmin sənəddə Ermənistan da daxil olmaqla 40-dan çox ölkədəki siyasi, ictimai vəziyyət təhlil edilib.(report.az)

AzNews.az