- Qayıdış
- 21 Oktyabr 2019 17:02
- 2 191
Koçaryan əməliyyatdan sonra həbsxanaya qaytarıldı
Sabiq prezident oktyabrın 9-da cərrahi əməliyyat olunmuşdu
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cərrahi əməliyyatdan sonra istintaq təcridxanasına qaytarılıb.
Bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
"Robert Koçaryan 21 oktyabrda “Kentron” cəzaçəkmə müəssisəsinə qayıdıb. Vəziyyəti normaldır", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, sabiq prezident oktyabrın 9-da cərrahi əməliyyat olunmuşdu. Onun xəstəliyi barədə açıqlama verilməsə də, əməliyyatın uğurlu keçdiyi bildirilmişdi.
AzNews.az