Tural Gəncəliyev: Münaqişə həll olunandan sonra...

Danışıqların foratının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz

Biz ermənilərlə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıyıq.

Bunu bu gün keçirilən mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, münaqişə həll olunmalıdır və bunun başqa yolu yoxdur:

"Əgər gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların foratının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir".

AzNews.az