Rusiyalı politoloq bu fikirdədir Rusiyalı politoloq bu fikirdədir

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

Rusiyalı politoloq bu fikirdədir

"ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur".

Məlumata görə, bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib .

"Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə, İrəvan ənənəvi olaraq Bakının aqressiyada günahlandırır. Bakı İrəvanı ittiham edir. Əgər əlimdə belə imkanım olsaydı, mən, birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb "Kimdir aqressor?" sualına dəqiq cavab tələb edərdim. Əks halda Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun heç bir faydası yoxdur", deyə rusiyalı politoloq bildirib. (APA)

AzNews.az