Türkiyə XİN-dən işğalçı Ermənistanla bağlı çağırış

9 mülki vətəndaş həlak olub, 39 nəfər isə yaralanıb

“Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhərə yaxın Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket zərbəsi endirməsini şiddətlə qınayırıq”.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Bildirilib ki, cəbhə bölgəsinə 100 km uzaq olan Gəncə şəhərinə raket atılması nəticəsində 9 mülki vətəndaş həlak olub, 39 nəfər isə yaralanıb.

“Ermənistanın işğal altındakı torpaqlardan uzaq olan ərazilərə qarşı bu təxribatçılığı yeni provakasiyadır. Bu təxribat eyni zamanda işğal prosesinin uzadılması, qanunlara əməl etməməsi və humanitar atəşkəsi anlamadığı deməkdir. Ermənistanın bu davranışları əslində yeni deyil, onların işğalçı olmasının bariz nəticəsidir. Beynəlxalq aləm artıq bu hüquq tanımayanlara dur deməlidir. Təxribat nəticəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı Allahdan rəhmət eləsin, yaralananların tezliklə sağalmalarını diləyirik. Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır”, - deyə məlumatda vurğulanıb.