Tezliklə üçrəngli bayrağımız Şuşada, Qarabağda dalğalanacaq! Tezliklə üçrəngli bayrağımız Şuşada, Qarabağda dalğalanacaq!

Düşmənin üç zirehli texnikasını məhv edən kiçik çavuş - Video

Tezliklə üçrəngli bayrağımız Şuşada, Qarabağda dalğalanacaq!

Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin uğurları ilə bağlı növbəti videonu yayıb.

AzNews.az xəbər verir ki, görüntülərdə leytenant Fəqan Salmanov əks-hücum əməliyyatlarında uğurla iştirak etdiyini açıqlayıb:

“Əks- hücum əməliyyatı ilə başlayan döyüşlərdə ilk gündən iştirak edirəm. Vətəninə canla bağlı olan övlad, zabit kimi düşmənə qarşı rəşadətlə döyüşürəm. Tezliklə üçrəngli bayrağımız Şuşada, Qarabağda dalğalanacaq!”

Kiçik çavuş Qarabəy Əhmədzadə isə düşmənə məxsus üç zirehli texnikanı məhv etdiyin bildirib:

“Torpaqlarımız uğrunda gedən döyüşlərin iştirakçısıyam. Bununla qürur duyuram. Vətənə övladlıq borcumu düşmən texnikalarını məhv edərək yerinə yetirirəm. Belə ki, düşmənin üç zirehli texnikasını məhv etmişəm. Allahın izni ilə qələbə bizim, Qarabağ Azərbaycanındır!”