"Ermənistanın müharibə cinayətləri davam edir” "Ermənistanın müharibə cinayətləri davam edir”

Düşmən atəşi nəticəsində Goranboyda dinc sakin həlak olub

"Ermənistanın müharibə cinayətləri davam edir”

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də məlumat verib.

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: "Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.