"Əminliklə deyə bilərəm ki, gələn ay misli görünməmiş bir köç olacaq" "Əminliklə deyə bilərəm ki, gələn ay misli görünməmiş bir köç olacaq"

Ermənistandan Rusiyaya köç başladı

"Əminliklə deyə bilərəm ki, gələn ay misli görünməmiş bir köç olacaq"

Bu gündən etibarən Rusiya və Ermənistan arasında aviareyslər bərpa olunub. Bir sıra mütəxəssislərin fikrincə, bu hadisə ölkədəki ən ağır iqtisadi vəziyyət fonunda Ermənistan vətəndaşlarının “böyük köçü” ilə nəticələnə bilər.

AzNews.az “Vestikavkaza.ru”ya istinadən xəbər verir ki, Ermənistanın VETO təşkilatının rəhbəri Narek Malyan öz feysbuk hesabında bildirib ki, fevral ayında erməni vətəndaşlarının Rusiyaya ən böyük miqrasiyası gözlənilir.

“Əminliklə deyə bilərəm ki, gələn ay misli görünməmiş bir köç olacaq. Ermənistan Respublikasının vətəndaşları sabah böyük qruplar və ailələr halında Rusiyanın digər şəhərlərinə köç edəcək, Rusiyanın xidmət sektorundakı işləri tutacaq. Əminəm ki, Rusiyanın Rostov, Pskov, Vladikavkaz və digər orta şəhərlərindən olan erməni emiqrantlar, öz vətənlərində yaşayan xalqımıza vətənpərvərlik öyrətməyə davam edəcək, onları bel çantalı Nikolanı sevməyə məcbur edəcəklər”, - deyə Malyan qeyd edib.

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan “Vestnik Kavkaza”nın müxbirinə verdiyi müsahibədə qeyd edib ki, Ermənistan vətəndaşlarının Rusiyaya köç etməsi bir sıra amillərdən asılı olacaq: “Bizdə adətən Rusiyada işləyən kifayət qədər böyük insan kütləsi var, keçən il yollar onlar üçün bağlanmışdı. Üstəlik, Ermənistanda işləyənlər üçün müasir şərait arzuolunan bir şeydir, çünki keçən il işini itirənlər çox olub. Prinsipcə ölkədən getmək istəyənlərin çox olacağı gözlənilir”.

Müxalif “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan nəşrə müsahibəsində deyib: “Bu gün Rusiya sərhədlərinin Ermənistan vətəndaşları üçün açılması ilə Ermənistandan Rusiyaya rekord miqrasiyanın başlanğıcı olacaq”.

Siyasətçi Rusiyaya gedən sərnişin trafikini müşahidə etmək üçün İrəvanın Zvartnots hava limanını ziyarət edib:

“Hava limanından təzəlikcə gəldim. Deputat olaraq vəziyyətin nə olduğunu görmək istədim və vəziyyətin nə qədər gərgin olduğuna dair heç bir fikriniz yoxdur. İnsanlar Moskvaya birtərəfli biletlər alırlar və dünən gecə isə qiymətlər 800-900 dollar səviyyəsinə çatıb. Rusiyaya uçuşlarda belə ajiotaj səviyyəsində tələb heç vaxt olmamışdı. Ermənistan son 30 ildə ən böyük emiqrasiya ilə qarşılaşacaq, hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”.

Zohrabyan belə bir rekord miqrasiyanın bir neçə səbəbinin olduğunu bildirib: “Birincisi, müharibə. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsiz hiss etmirlər. Üçüncüsü və ən əsası, Ermənistandakı iqtisadi vəziyyət çox çətindir”.

Vəziyyətin nə dərəcədə çətin olduğunu bildirmək üçün Naira Zohrabyan ona edilən müraciətlərdən biri barədə danışıb: “Dünən gecə bir Ermənistan vətəndaşı yanıma yaxınlaşdı və dedi: “Biletlərin tam qiymətini ödəyə bilmirəm, pilotla danışıq apara bilərsinizmi, məni və həyat yoldaşımı biletin yarı qiymətinə ekipaj üzvlərinin salonuna buraxsınlar və Rusiyaya aparsınlar?”. Mənim üçün bunları eşitmək və görmək ağırdır”.

Zohrabyan qeyd edib ki, təkcə 1 fevral tarixində Rusiyaya 6 aviareys həyata keçirilib, onlardan 4-ü Moskvaya uçub:

“Bu, milli bir faciədir. Vətəndaşlarımızın bir çoxunun bileti olsa da onların koronavirus test nəticəsi müsbət çıxıb və yalnız bu səbəbdən Rusiyaya uçmaq fürsətini itirdiyinizi düşünün. Bu, Ermənistanın hazırkı hakimiyyəti üçün bir faciə və ayıbdır”.