Xocalıda 2 800 ədəd çətənə kolu məhv edilib

2 800 ədəd çətənə kolları kökündən çıxarılıb

Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.