"Türklər hər şeyi elə hesablayıb və planlaşdırıblar ki, Ermənistan yenidən tək qalıb" - Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan "Türklər hər şeyi elə hesablayıb və planlaşdırıblar ki, Ermənistan yenidən tək qalıb" - Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan

Rusiya seçkiyə gedir, başı qarışır, Bakı nə edəcək... - Zakaryan

"Türklər hər şeyi elə hesablayıb və planlaşdırıblar ki, Ermənistan yenidən tək qalıb" - Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan

Türklər hər şeyi elə hesablayıb və planlaşdırıblar ki, Ermənistan yenidən tək qalıb.

Aznews.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan deyib.

“2021-ci ilin avqust-sentyabr aylarında Rusiya ümumdövlət seçkisinə gedəcək və yalnız Allah bilir ki, bu dövrdə nə baş verəcək. Hadisələrin inkişafından asılı olaraq, Rusiya bir müddət öz daxili problemləri ilə məşğul ola bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qərb Türkiyə-Azərbaycan tandeminin Ermənistana qarşı fəaliyyətinə mane olmamaqla Ermənistanda antirusiya dalğasını gücləndirməyə çalışacaq. O, Ermənistanı nə siyasi, nə diplomatik, nə də hərbi planda yaxşı heç nəyin gözləmədiyini bildirib.