Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan və onun ictimai əsaslarla fəaliyyət göstərən müşaviri Rafael Gevorkyan iyulun 27-29-da İrana səfər edəcək Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan və onun ictimai əsaslarla fəaliyyət göstərən müşaviri Rafael Gevorkyan iyulun 27-29-da İrana səfər edəcək

Narek Teryan və Rafael Gevorkyan İrana gedəcək

Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan və onun ictimai əsaslarla fəaliyyət göstərən müşaviri Rafael Gevorkyan iyulun 27-29-da İrana səfər edəcək

Onların ezamiyyəti ilə bağlı Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan uyğun sənəd imzalayıb.

Bildirilib ki, Teryan və Gevorkyanın Tehranda sosial təminatlı sərmayə şirkətlərinin rəhbərləri ilə görüşərək Ermənistan-İran əməkdaşlığının genişləndirilməsini müzakirə etmələri nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin əvvəlində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Səfər çərçivəsində bir sıra razılaşmalar əldə edildiyi bildirilmişdi. (Report)