- Qayıdış
- 2 Avqust 2021 17:46
- 5 071
Ötən ay işğaldan azad edilmiş ərazilərdə 625 PHS aşkarlanıb

ANAMA məlumat yayıb
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan AzNews.az-a bildirilib ki, iyulun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 545 piyada əleyhinə mina, 85 tank əleyhinə mina və 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 677 hektar ərazi mina və PHS-lardan təmizlənib.