Ermənilərdən etiraz: Qızlarımızı rus sülhməramlıları korlayır…

"Nə iş var, nə pul var, nə perspektiv, nə də elektrik və su yoxdur. Azərbaycanlılar özləri üçün bir yol qoydular, hər gün yüzlərlə maşın Xankəndidən keçir, tikir, qurur, yaradır, inkişaf edir, real məskunlaşmağa hazırlaşır”

Sosial şəbəkələrin erməni seqmentində Xankəndidəki son vəziyyət müzakirə predmeti olub.

Xankəndidəki xoşagəlməz hallar barədə yazılan şərhlərdə deyilir ki, "Bizim qızlarımız necə evlənəcəklərini bilmirlər. Qızlarımızı rus sülhməramlıları korlayırlar, onlardan nə qədər qız hamilə qalıb. Sülhməramlıların pulu var, pulluların qarşısında ermənilər acizdirlər”.

Qeyd edək ki, bir müddət əvvəl Xankəndi sakini, 25 yaşlı Qayane Qrantovna Arzumanyanın Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığına müraciəti olmuşdu. Arzumanyan rusiyalı sülhməramlıdan hamilə qaldığını, bətnindəki uşağın atasını axtardığını demişdi.

Milli.az-ın məlumatına görə, bəlli olmuşdu ki, bu ilin yanvarın 4-də Q.Arzumanyan Xankəndidə xidmət çəkən rusiyalı sülhməramlı, baş leytenant Artyomla tanış olub.

"Artyomla iki həftə görüşdük. Sonra o nə mesajlarıma, nə də telefon zənglərinə cavab verdi. Ondan hamilə qalmışdım. Özünə dedim”, – deyə Q.Arzumanyan söyləmişdi.

Qayane Arzumanyan o zaman hamiləliyin 6-cı ayında olsa da, Artyomu arayıb tapa bilmədiyini bildirmişdi.

Arzumanyanlar ailəsi isə bildirmişdirlər ki, Qarabağdakı rüsiyalı sülhməramlı kontingentin komandanlığı aradıqları baş leytenant Artyomla bağlı heç bir məlumat vermirlər, bu zabitin harada olduğunu söyləmirlər.

"Çox yəqin onu artıq Qarabağdan çıxarıb Rusiyaya qaytarıblar, yerinə də başqa zabiti gətiriblər”, – deyə Qayanenin atası Hovanes Arzumanyan söyləyib.

Qarabağlı erməni qadınların rusiyalı sülhməramlılarla "amur” macəraları bununla bitmir.

Ermənilərin sosial şəbəkələrdə yazdıqlarına görə, hazırda Xankəndidə onlarla, bəlkə də yüzlərlə erməni qadın rusiyalı sülhməramlılardan hamilə qalıb.

Onların bəziləri bu "eşq əhvalat”larını ərlərindən və ailələrindən gizlədir, bəziləri isə bətnlərində daşıdıqları körpənin atasının "cavab verməsi”ni istəyirlər.

Eyni situasiya Ağdərədə, hətta Əsgəranda da müşahidə olunur.

Ağdərədə 2, Əsgəranda bir erməni qadının rusiyalı sülhməramlılarla "eşq məcarası”ndan övlad dünyaya gətirəcəkləri vurğulanır.

Ermənistan mediası bu barədə yazmır və məlumat vermir, rəsmi İrəvan isə, ümumiyyətlə, heç nə baş vermişmiş kimi davranır. Problem isə var.

Qarabağlı ermənilər etiraf edirlər ki, həddən artıq ağır və məşəqqətli həyat şərtləri onların qadınlarını belə davranışlara vadar edir.

Rusiyalı sülhməramlılarla münasibətlər quran qarabağlı erməni qadınlar və qızlar isə çıxılmaz vəziyyətdə qaldıqlarını, ailələrində qıtlıq, yoxsulluq və faktiki yarıac durumun yaşandığını deyirlər.

Onlar deyirlər ki, belə davam edərsə, Xankəndidə atası rus sülhməramlı, anası erməni uşaqlar artacaq.