Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəmə istintaqı başa çatıb

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Sənədlərin tədqiqi mərhələsində qeyd olunub ki, İ.Sarqsyanın telefonuna baxış zamanı 2019-cu ildə çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin kordinantları olub.

Daha sonra prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses fevralın 28-nə təyin edilib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.

Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.