Hadisə avqustun 8-də qeydə alınıb Hadisə avqustun 8-də qeydə alınıb

Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb

Hadisə avqustun 8-də qeydə alınıb

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.

Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri - Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.