Fransa və Ermənistan XİN başçıları arasında görüş başlayıb

İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, fransalı nazir aprelin 27-də Bakıda səfərdə olub.