Mükafatlandırma mərasimi noyabrın 24-də olacaq Mükafatlandırma mərasimi noyabrın 24-də olacaq

“Şəki, mən səni sevirəm” müsabiqəsinin nəticələri açıqlandı

Mükafatlandırma mərasimi noyabrın 24-də olacaq

Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının keçirdiyi “Şəki, mən səni sevirəm!” müsabiqəsinin nəticələri açıqlanıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən AzNews.aza verilən məlumata görə “Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub.

Foto nominasiyasında isə qalib Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb.

Müsabiqə çərçivəsində münsiflər heyətinin xüsusi mükafatına “Sənədli film” nominasiyasında Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, foto üzrə isə Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu layiq görülüb.

Mükafatlandırma mərasimi noyabrın 24-də Şəki şəhərində Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş təntənəli gecədə təqdim olunacaq.

AzNews.az