- Mədəni adam
- 30 Noyabr 2018 16:34
- 1 680
ASAN könüllüləri yenidən səhnədə

“ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır
29 noyabr 2018-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyası səhnələşdirilib.
Asan Xidmətdən AzNews.az-a verilən məlumata görə, tədbir Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə təşkil edilib.
Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.
Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır.
Nigar CƏFƏR
AzNews.az


