Əməkdar artist beynəlxalq mükafat aldı - FOTO

“Bu, xüsusilə sevindirici oldu”

Əməkdar artist, Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev beynəlxalq mükafata layiq görülüb.

AzNews.az xəbər verir ki, maestro İctimai Nəzarət Koalisiyası və Azərbaycan Diasporasının Mədəniyyət Mərkəzinin təsis etdiyi "Əbədi Lider" beynəlxalq mükafatına layiq görülüb. Dirijor bu təltifə görə xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edib:

“Əbədi Lider" mükafatına layiq görülmək böyük şərəfdir. Mükafata görə İçtimai Nəzarət Koalisiyasının rəhbərləri - tanınmış yazıçı Çingiz Abdullayev və Rasim Məmmədova təşəkkür edirəm. Mükafatı Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoraldan almaq xüsusilə sevindirici oldu”.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description