“Kimin nəyə imkanı çatırsa, dəstək olaq” “Kimin nəyə imkanı çatırsa, dəstək olaq”

Tanınmış xanəndəyə xərçəng diaqnozu qoyuldu

“Kimin nəyə imkanı çatırsa, dəstək olaq”

Azərbaycan səhnəsinin Ərəbzəngisi, əməkdar artist, muğam ifaçısı Sahibə Əhmədovanın səhhətində ağır problem yaranıb.

AzNews.az xəbər verir ki, bu barədə xalq artisti Gülyaz Məmmədova məlumat verib. O, qeyd edib ki, həkimlər xanəndəyə xərçəng diaqnozu qoyublar:

“Müalicəsinə maddi olaraq ehtiyac var. Kimin nəyə imkanı çatırsa, dəstək olaq”.

Qeyd edək ki, Sahibə Əhmədova Opera və Balet Teatrının səhnəsində “Şah İsmayıl”, “Leyli və Məcnun”, “Gəlin qayası”, “Aşıq Qərib, “Əsli və Kərəm” və s. operalarında baş rollarda oynayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az