Əməkdar artistin səhhətində problem yaranıb Əməkdar artistin səhhətində problem yaranıb

Zöhrə Abdullayeva: "Yaşamaq istəmirəm..."

Əməkdar artistin səhhətində problem yaranıb

Əməkdar artist Zöhrə Abdullayeva mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinə dəstək istəyib.

AzNews.az xəbər verir ki, "Bizimləsən" verilişinə telefon açan sənətçi mərhumun evinin satılmaması üçün həmkarlarını bu kampaniyaya qoşulmağa səsləyib.

Söhbət əsnasında Z.Abdullayeva səhhətində problem olduğunu və yaşamaq istəmədiyini bildirib:

"Yaşamaq istəmirəm, boğuluram. Həkim istəyirəm mənə baxsın".

Qeyd edək ki, Zöhrə Abdullayevanın 47 yaşlı oğlu İsrafil Abdullayev ötən il mayın 24-də dünyasını dəyişib.

AzNews.az