Nazir Afət Fərmanqızının ifasından danışdı - "Hər ifaçı..."

"Bu cür hallara isə ictimai rəy öz layiqli cavabını verir".

"Azərbaycanın zəngin mədəni irsi var. Bu irsin bəzi nümunələrini zaman-zaman müasir tərzdə yenidən təqdim edirlər. Sadəcə olaraq, baxır bunu kim necə edir".

AzNews.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, hər bir ifaçı oxuduğu mahnı və ifa tərzi ilə öz daxili mədəniyyətini göstərir:

"Bu cür hallara isə ictimai rəy öz layiqli cavabını verir. Əlbəttə, Nəsiminin yaradıcılığı Azərbaycanın mədəni dəyərlərindəndir. Hesab edirəm ki, xoşagəlməz hər hansı bir məsələ ilə bağlı ictimaiyyət özü mübarizə aparmalıdır".

Elgün

AzNews.az