Allah ölkəmizin maddi imkanlarını daha da bol eləsin. Allah ölkəmizin maddi imkanlarını daha da bol eləsin.

Prezidentin sərəncamı aktyorlara Novruz hədiyyəsi oldu - Yasin Qarayev

Allah ölkəmizin maddi imkanlarını daha da bol eləsin.

“Prezident İlham Əliyev bu xeyirxah imzası ilə çox böyük bir iş gördü”.

AzNews.az xəbər verir ki, bunu xalq artisti Yasin Qarayev prezident İlham Əliyevin aktyorların aylıq maaşlarının qaldırılması ilə bağlı sərəncamdan danışarkən deyib.

O, qeyd edib ki, bu sərəncam prezidentin Novruz bayramında aktyorlara hədiyyəsi oldu:

“Novruz adət-ənənələrindən biri də aztəminatlılara kömək etmək, əl tutmaq, sevindirməkdir. Allah ölkəmizin maddi imkanlarını daha da bol eləsin. Ulu öndərimiz Heydər Əliyevin müdrik bir kəlamı var: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olur. Çünki onların hər biri dünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev rəhbərlik etdiyi teatrın kollektivi adından Prezidentə təşəkkür edib:

Image result for Ä°ftixar Piriyev

“Prezidentin Azərbaycan teatr sənətinin inkişafı istiqamətində tutduğu mötəbər mövqe, teatr sənətçiləri üçün atdığı mühüm əhəmiyyətli addımlar geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Bu sevinc hissləri teatrda çalışanlarla yanaşı, bütün teatrsevərlərin də ürəyindən xəbər verib. Bu münasibətlə, öncə bir sənət adamı olaraq öz adımdan və eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının fədakar kollektivi adından cənab Prezidentə minnətdarlığımızı bildiririk”.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan isə vurğulayıb ki, bu sərəncam aktyorların başqa iş ardınca getməsinin qarşısını aldı:

Image result for Ä°ntiqam Soltan

“Bu, çoxdan lazım idi. Maaş azlığından 10-larla istedadlı aktyor itirmişik. Tamaşaçılar bizi yalnız səhnədə görürlər və elə bilirlər ki, biz həyatda da eləyik. Əslində isə bir tikə çörək ucbatından min əziyyətə qatlanırıq. Elə ona görə də məşqdən sonra ya taksi sürməyə, ya ət bazarında, ya bizi tanımadıqları ucqar bir yerə fəhləlik eləməyə gedirik. Məncə indi yavaş-yavaş teatrlarda çalxalanma başlayacaq, yağ üzə çıxıb ayrandan ayrılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az