Deyib-gülüb ayrıldıq, səhəri isə ölüm xəbərini aldım Deyib-gülüb ayrıldıq, səhəri isə ölüm xəbərini aldım

Telmanın ölüm xəbərini eşidəndə kresloda heykələ döndüm - Firəngiz Mütəllimova

Deyib-gülüb ayrıldıq, səhəri isə ölüm xəbərini aldım

Bu gün xalq artisti, mərhum aktyor Telman Adıgözəlovun anım günüdür.

Image result for Telman Adıgözəlov

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova AzNews.az-a mərhum aktyorla bağlı xatirələrini bölüşüb.

O, Telman Adıgözəlovun ölüm xəbərini hələ də unuda bilmədiyini deyib:

“Telmanla tələbəlik illərindən tanış idim. Sonradan biz yaxın dost olduq. Tale elə gətirdi ki, biz eyni vaxtda teatra gəldik və bir yerdə işlədik. Biz onunla ilk öncə İlyas Əfəndiyevin “Natavan” tamaşasında, sonra isə müxtəlif tamaşalarda tərəf müqabili olduq. Telman namuslu, qeyrətli, sözünü deyən bir aktyor idi. Onunla dünyanın o başına da gedərdim. Telman inandığım insan idi. Onun ölümü yadıma düşəndə hələ də özümə gələ bilmirəm. Telmanın ölüm xəbərini eşidəndə kresloda heykələ döndüm, 40 dəqiqə yerimdən qalxa bilmədim. Ondan bir gün əvvəl deyib-gülüb ayrıldıq, səhəri isə ölüm xəbərini aldım. Onun səsi hər an qulağımdadı. Allah ona rəhmət eləsin. Nə yaxşı ki, belə gözəl aktyorlarımız olub”.

Qeyd edək ki, xalq artisti 2010-cu ildə 56 yaşında dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az