Azərbaycanın dəstəyi ilə Dünya İrs Xəritəsi nəşr olundu - FOTO

2018-2019-cu illər üzrə Dünya İrs Xəritəsi nəşr olunub

Xəritənin son versiyası UNESCO-nun Dünya İrs Mərkəzi və Milli Coğrafiya Xəritəsi ("National Geographic Maps") tərəfindən Azərbaycanın dəstəyi ilə buraxılıb.

Dünya İrs Xəritəsində Azərbaycandan Qoşa Qala divarları, Şirvanşahlar Sarayı, Qız Qalasının fotoları yer alıb.

Ümumilikdə, 78/50 sm ölçüdə olan xəritədə dünya irsi adına layiq görülmüş 1092 abidənin adı və yeri göstərilib.

Xəritədə möhtəşəm fotolarla yanaşı, Dünya İrs Konvensiyası və onunla əlaqəli dəniz, yeraltı memarlıq və digər proqramlar haqqında qısa məlumatlar verilib.

Qeyd edək ki, Dünya İrs Komitəsinin növbəti iclası iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək.(rreport.az)

AzNews.az

image description