"Atam ölməyib, niyə yalan məlumat yayırlar" - Musa Yaqubun qızı

"Dünən təzyiqi düşmüşdü, təcili yardım gəldi"

Sosial şəbəkədə Xalq şairi Musa Yaqubun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Musa Yaqubun qızı Yaqut Yaqubova AzNews.az-a açıqlamasında məlumatın şayiə olduğunu deyib:

“Hazırda atamın yanındayam. Səhhəti yaxşıdır, evdədir. Dünən təzyiqi düşmüşdü, təcili yardım gəldi. Həkimi dedi ki, ola bilər ki, dərmanın dozası artıq olub. Bu gün yaxşıdır, normal yemək yeyib, danışır. İnsanlar niyə yalan məlumat yayırlar? Əmim oğlu da mənə zəng etdi ki, deyirlər ki, Musa əmi dünyasını dəyişib. Dediyim kimi atamın səhhəti normaldır”.

Rəqsanə

AzNews.az