Aparıcı təzyiqin kəskin şəkildə qalxmasından əziyyət çəkir Aparıcı təzyiqin kəskin şəkildə qalxmasından əziyyət çəkir

Ofelya Sənani infarkt olmayıb - Səhiyyə Nazirliyi

Aparıcı təzyiqin kəskin şəkildə qalxmasından əziyyət çəkir

Səhiyyə Nazirliyi xalq artisti Ofelya Sənaninin səhhətinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, xalq artistinin infarkt diaqnozu ilə xəstəxanaya daxil olması faktı təsdiqini tapmayıb:

“Oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub. İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir”.

Nazirlik Ofelya Sənaninin yaxın günlərdə evə buraxılmasını bildirib.

Qeyd edək ki, xalq artisti Ofelya Sənaninin iki gün öncə vəziyyəti pisləşib. O, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az