Mükafatı bu dəfə 4-cü kurs tələbəsi Nərgiz Yusifova alıb Mükafatı bu dəfə 4-cü kurs tələbəsi Nərgiz Yusifova alıb

“Rasim Ocaqov” təqaüdü bu tələbəyə verildi

Mükafatı bu dəfə 4-cü kurs tələbəsi Nərgiz Yusifova alıb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” təqaüdünün növbəti sahibinin kimliyi açıqlanıb.

AzNews.az xəbər verir ki, mərhum kinorejissor Rasim Ocaqovun adına təsis edilən xüsusi təqaüd yeni tədris ili üçün Mədəniyyət və İncəsənət Universitetində operator ixtisası üzrə dərs alan tələbəyə verilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Aznews.az-a açıqlamasında bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Yusifova Nərgiz Sadıx qızı layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az