Onlar litium-ion batareyalarının inkişafına görə bu mükafata layiq görülüblər Onlar litium-ion batareyalarının inkişafına görə bu mükafata layiq görülüblər

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

Onlar litium-ion batareyalarının inkişafına görə bu mükafata layiq görülüblər

2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytına istinadən verilən xəbərə görə, mükafat John B.Goodenough (ABŞ), M.Stanley Whittingham (Böyük Britaniya) və Akira Yoshinoya (Yaponiya) verilib.

Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib. (APA)