Tamaşa noyabrın sonunda tamaşaçılara təqdim olunacaq Tamaşa noyabrın sonunda tamaşaçılara təqdim olunacaq

Gənc Tamaşaçılar Teatrında "Oqtay Eloğlu" pyesi səhnələşdirilir

Tamaşa noyabrın sonunda tamaşaçılara təqdim olunacaq

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

AzNews.az xəbər verir ki, teatr bu dəfə Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesini səhnələşdirəcək.

Teatrdan verilən məlumata görə, artıq tamaşanın məşqlərinə başlanılıb.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.

Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova və başqaları rol alıb.

Qeyd edək ki, tamaşa noyabrın sonunda tamaşaçılara təqdim olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az