Mücrü" nəşriyyatı fəaliyyətinin 9-cu ayında yeni ədəbiyyat jurnalı təsis etdi Mücrü" nəşriyyatı fəaliyyətinin 9-cu ayında yeni ədəbiyyat jurnalı təsis etdi

Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi

Mücrü" nəşriyyatı fəaliyyətinin 9-cu ayında yeni ədəbiyyat jurnalı təsis etdi

Bu gün fəaliyyətlərinin 9 ayını qeyd edən "Mücrü” nəşriyyatı yeni ədəbiyyat dərgisi təsis edib.

Bu barədə nəşriyyatın təsisçisi Müşfiq XAN yeni dərgi haqqında danışarkən bildirib: "Böyük zəhmətlər sayəsində ərsəyə gətirdiyimiz bapbalaca nəşriyyatın – "Mücrü”nün bu gün vur-tut 9 ayı tamam olur. Əlbəttə, bu çox qısa bir müddətdi. Kitabın, ədəbiyyatın, kitabçılığın fövqündə dayanan layihələrimizi, təşkilatlanmalarımızı yorulmadan, həvəsdən düşmədən bu günə qədər gətirib çıxara bilmişik. "Mücrü” kitab evi, "Mücrü” kitab klubu, "Mücrü” uşaq dərgisi, "Mücrü ART” ədəbiyyat və sənət portalı bunlara nümunədir. Bu gün isə aylardı planlaşdırdığımız yeni ədəbiyyat dərgisinin – "Mücrü” prozanın xeyir-duasını verib hazırlıqlarına başladıq. "Mücrü” adının hər yerdə eşidilməsi üçün çalışırıq – məramımız safdır: hər kəsin kitabı olsun. Yazdığını nəşr etsin, ya da nəşr edilənləri alıb oxusun, fərq etməz.”

Yeni fəaliyyətə başlayacaq jurnalın təsisçisi "Mücrü” nəşriyyatı, baş redaktoru isə tanınmış yazar Kənan Hacıdır.

İlk sayı bu ilin noyabrında işıq üzü görəcək jurnal 2 aydan bir yayımlanacaq. Azərbaycan və dünya ədəbiyyatından proza nümunələri ilə oxucularının görüşünə gələcək jurnalın sonrakı saylarında "Poeziya” rubrikasının da açılacağı planlaşdırılır.

Qeyd edək ki, jurnalda dərc olunmaq istəyən yazıçılar əsərlərini sentyabrın 21-dən oktyabrın 21-nə kimi baş redaktorun email ünvanına – kenanhaci75@gmail.com göndərməlidir.