Boris Qraçevski dünyasını dəyişib Boris Qraçevski dünyasını dəyişib

Korona "Yeralaş"ın yaradıcısını da apardı

Boris Qraçevski dünyasını dəyişib

“Yeralaş” yumoristik kinojurnalının bədii rəhbəri Boris Qraçevski dünyasını dəyişib.

“RBK”nın yaydığı məlumata görə, bu barədə Rusiyanın Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin məlumat verib.

Bildirib ki, Qraçevski dekabrın sonunda ağır vəziyyətdə COVİD-19 diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Boris Qraçevski rejissor, ssenari müəllifi, “Yeralaş” kinostudiyasının bədii rəhbəri, "Dam" və "Notlar arasında, ya da Tantrik simfoniyası" filmlərinin müəllifi, eyni zamanda "Sosial Reklam" layihəsinin müəllifi, bir neçə sənədli filmin yaradıcısıdır.

AzNews.az