Ölkədə vaksinasiya prosesi əhəmiyyətli dərəcədə irəliləməyib Ölkədə vaksinasiya prosesi əhəmiyyətli dərəcədə irəliləməyib

Karlovı Varı Film Festivalı ertələndi

Ölkədə vaksinasiya prosesi əhəmiyyətli dərəcədə irəliləməyib

Bu il iyulun əvvəlində Çexiyada keçirilməsi planlaşdırılan 56-cı Karlovı Varı Beynəlxalq Film Festivalının vaxtı dəyişdirilib.

Aznews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb ölkədə vaksinasiya prosesinin əhəmiyyətli dərəcədə irəliləməməsidir.

Təşkilatçılar kinofestivalın 20-28 avqust tarixlərində keçiriləcəyini qeyd ediblər.

Xatırladaq ki, Karlovı Varı Beynəlxalq Film Festivalı ötən il onlayn formada keçirilmişdi.