- Mədəni adam
- 7 İyun 2021 17:11
- 11 018
Xalq artistindən üzücü xəbər: Yenə əməliyyat olunacaq

Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb
Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev Türkiyədə növbəti dəfə əməliyyat olunacaq.
AzNews.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O qeyd edib ki, 65 yaşlı sənətçi sabah üçüncü dəfə əməliyyata girəcək.
Xatırladaq ki, A. Ağayev apreldə Türkiyənin İstanbul şəhərində özəl klinikaların birinə yerləşdirilib. Xalq artisti bundan əvvəl iki dəfə əməliyyat olunub.