O, "Qəlb yarası", "Ceviz ağacı", "Məsumlar", "Payız" və başqa ekran işlərində çəkilib O, "Qəlb yarası", "Ceviz ağacı", "Məsumlar", "Payız" və başqa ekran işlərində çəkilib

Türkiyəli aktyor Rza Akın vəfat edib

O, "Qəlb yarası", "Ceviz ağacı", "Məsumlar", "Payız" və başqa ekran işlərində çəkilib

Türkiyəli məşhur aktyor Rza Akın beyninə qansızma nəticəsində dünyasını dəyişib.

Aznews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son dəfə "Sevmədim demə" filmində çəkilən məşhurun ölümü haqqında ilk xəbəri aktyor Menderes Samancılar Twitter-də paylaşdığı bir statusda bildirib: "Canım qardaşım Rıza Akını itirdik".

Bildirilir ki, 65 yaşlı Rıza Akının vəziyyəti qəfildən pisləşib və onu təcili olaraq xəstəxanaya yerləşdiriblər. Aparılan müayinələrdən sonra onun beyin qanaması keçirdiyi məlum olub. Aktyor dərhal əməliyyat olunub və reanimasiyaya yerləşdirilib. Həkimlərin ciddi səylərinə baxmayaraq, Rıza Akını həyatda saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, aktyor 1957-ci ildə anadan olub. O, "Qəlb yarası", "Ceviz ağacı", "Məsumlar", "Payız" və başqa ekran işlərində çəkilib.

Aznews.az