Törətdikləri əməli etiraf etməklə yanaşı... Törətdikləri əməli etiraf etməklə yanaşı...
  • Mahal
  • 2 Noyabr 2018 14:21
  •  1 379

Gəncə sakini Tovuzda yaxalandı - Maskasını təhvil verdi

Törətdikləri əməli etiraf etməklə yanaşı...

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində rayon sakini olan bir qadının evinə qanunsuz daxil olaraq
quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə,
Tovuz rayonunun Hacallı kənd sakini olan Zərniyar Səmədova RPŞ-yə müraciət
edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor
tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib.

Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin
rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı Gəncə şəhər
sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən
edilib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı cinayətin törədilməsində istifadə olunan 1 ədəd maskanı təqdim ediblər.

Faktla bağlı araşdırma aparılır.

image description image description image description image description