Qəbul Bərdədə keçiriləcək Qəbul Bərdədə keçiriləcək
  • Mahal
  • 13 Noyabr 2018 10:45
  •  1 359

Nazir vətəndaşlarla görüşəcək

Qəbul Bərdədə keçiriləcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək.

AzNews.az məlmat verir ki, Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Bərdə rayonunda 02020 51515 Yevlax rayonunda 02233 64646 Tərtər rayonunda 02223 61554 Ağdam rayonunda 02632 50622 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Səidə Nurməmmədli,

AzNews.az