Ucarda maşın piyadanı vurandan sonra aşıb

Ucar rayonunda yol qəzası olub, xəsarət alan var.

AzNews.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Küçəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elkin Sadıqovun idarə etdiyi “Toyota Prado ” markalı minik avtomobili Ucar sakini, 1958-ci il təvəllüdlü Zahirə Hüseynovanı vurub.

Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan piyada Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.