- Mahal
- 28 Noyabr 2018 21:51
- 1 456
Zaqatalada minik avtomobilləri toqquşdu - Xəsarət alan var

Yaralılar xəstəxanaya çatdırılıb.
Zaqatalada xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə axşam saat 20:30 radələrində, Zaqatala şəhəri, Anar Həmidov küçəsində baş verib.
“Opel Astra” markalı, "62-BL-052" dövlət nömrə nişanlı minik avtomobili ilə “Mazda” markalı, "10-ZL-626" dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı şəxsiyyətləri hələlik dəqiqləşməyən iki nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan “Report”a bildirlib ki, hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
AzNews.az