- Mahal
- 30 Noyabr 2018 22:48
- 2 124
Qaxda piyadanı maşın vurdu

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Bu gün axşam saatlarında Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1963-cü il təvəllüdlü Ləkit kənd sakini Aslanov Xalid Hacıbaba oğlu Qax şəhərinin girişində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Aslanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan “Report”a bildirilib ki, onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
AzNews.az